İsrail Birləşmiş Millətlər Təşkilatına (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bağlanması üçün müraciət edib.

Bu barədə İqtisadiyyat.az “The Guardian”a istinadən xəbər evrir.

Məlumata görə, İsrail müraciəti ötən həftə edib.

UNRWA-nın bağlanmasını və işçilərinin geniş miqyasda qida paylaması həyata keçirəcək müxtəlif BMT təşkilatlarına təyin edilməsini istəyən İsrailin müraciəti baş Qərargah rəisi Herzi Halevi tərəfindən edilib. Bildirilib ki, İsrail Qəzzaya göndəriləcək yardımla bağlı UNRWA ilə işləmək istəmir.

İsrail öz ərizəsində UNRWA-nın 300-400 əməkdaşının BMT-nin Ümumdünya Ərzaq Proqramı kimi qurumlarına və ya yeni yaradılmış qurumuna köçürülməsini də istəyib.

 

Gözəl Həşimova