İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hücuma başlayır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Mən bütün məhdudiyyətləri aradan qaldırdım, İsrail ərazisi üzərində nəzarəti bərpa etdik və tammiqyaslı hücuma keçirik", - deyə nazir "The Times of Israel"ə bildirib.

Qalant bu barədə Qəzza zolağı ilə sərhəddə İsrail əsgərləri ilə görüş zamanı bildirib. O, əsgərlərə müraciət edərək, onlara böyük işlərin həvalə olunacağını vurğulayıb: "Burada reallığı dəyişmək imkanınız olacaq. Bunun bədəlini gördünüz və dəyişikliyi də görəcəksiniz. Həmas Qəzzada dəyişiklik istədi, hər şey gözlədiklərindən 180 dərəcə fərqli olacaq. Onlar peşman olacaqlar. Qəzza heç vaxt əvvəlki vəziyyətə qayıtmayacaq".