İsrail ordusu yenidən ölkənin atəşə tutulmasına cavab olaraq Livan ərazisinə, o cümlədən Hizbullahın hərbi obyektlərinə zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"İsrailin şimal sərhədi boyunca müxtəlif ərazilərdə Livandan bir neçə raket və mərmi buraxılışı qeydə alınıb. İsrail ordusu atışların mənbəyinə atəş açıb", - məlumatda deyilir.

"Gün ərzində IDF tankları və hava qüvvələri Livandakı Hizbullah terrorçularının hədəflərinə hücum edib. Bundan əlavə, İsrail ordusunun artilleriyası Livan ərazisindəki bir sıra ərazilərə zərbələr endirib", - mətbuat xidməti əlavə edib.