İsrail Müdafiə Qüvvələri (IDF) Suriyadan ölkə istiqamətində mərmi atıldığını qeydə alıb və atılan yerə artilleriya zərbəsi ilə cavab verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında Suriyadan İsrail istiqamətində buraxılış aşkar edilib. IDF artilleriyası atəş açıldığı yerə zərbələr endirib", - məlumatda qeyd edilib.

"Bundan əlavə, gecə saatlarında terrorçular İsrailin şimalındakı Yiftah kəndində (Livanla sərhədə yaxın - red.) səhra ərazisinə düşən tank əleyhinə raketi atəşə tutublar. İtki yoxdur. IDF artilleriyası Livanda bir sıra obyektlərə zərbələr endirib", - məlumata əlavə edilib.