İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi xüsusi əməliyyat zamanı Fələstinin Həmas hərəkatı tərəfindən əsir götürülən 4 girovu azad edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu ilə İsrail polisinin birgə keçirdiyi xüsusi əməliyyat anklavın mərkəzi hissəsindəki Nuseyrat fələstinli qaçqın düşərgəsi ərazisində həyata keçirilib. Nəticədə dörd nəfər azad edilib. Adları açıqlanan şəxslər Noa Aqramani (25 yaş), Almoq Meir (21 yaş), Şlomi Ziv (40 yaş) və Rusiya vətəndaşlığı olan Andrey Kozlovdur (27 yaş).

Onların 2023-cü il oktyabrın 7-dən girovluqda olduqları bildirilib.

“Onlar sağlamdırlar və Təl-Əviv ətrafındakı Şeba xəstəxanasına aparılıblar”, - məlumatda qeyd olunub.