İsrail hərbçiləri Qəzza zolağının cənubunda və mərkəzi hissəsində əməliyyatları davam etdirirlər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları hərbi strukturlar, silah anbarları və qoşunlar üçün təhlükə yaradan silahlı terror qrupları da daxil olmaqla 30 terrorçu hədəfə zərbələr endirib", - deyə ordunun bəyanatında bildirilir.

“Ordu Rəfah bölgəsində kəşfiyyata əsaslanan, məqsədyönlü əməliyyatları davam etdirir, burada qoşunlar böyük miqdarda silah-sursat aşkarlayıb və silahlı terrorçuları məhv ediblər", - mətbuat xidməti qeyd edib.