"İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında HƏMAS hərəkatının 800-dən çox tunel tələsi aşkar edib və onlardan 500-ə yaxınını müxtəlif vasitələrlə məhv edib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağında quru əməliyyatı başlayandan bəri IDF əsgərləri HƏMAS-ın 800-dən çox yeraltı tunel tələsini aşkar edib. Partlayıcı maddələr və bloklar da daxil olmaqla, müxtəlif əməliyyat üsullarından istifadə edilməklə 500-ə yaxın tələ məhv edilib", - məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, tələlər yaşayış massivlərində, bir çoxu məktəb, uşaq bağçası, məscid və uşaq meydançaları kimi mülki bina və tikililərin yaxınlığında və ya içərisində yerləşib.