İsrail ordusu İsrailin şimalında ölkənin atəşə tutulmasına cavab olaraq Livandakı Hizbullah təşkilatının hədəflərinə hücum edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Gün ərzində İsrailin şimalındakı Dov, Marqaliot və Şomer ərazilərində Livandan bir neçə raket və mərmi atılması qeydə alınıb. Bundan başqa, gün ərzində Kfar-Blumda iki ərazidə pilotsuz uçuş aparatların qalıqlarının aşkarlanması barədə məlumat daxil olub. Ölən və yaralananlar barədə məlumat verilməyib", - məlumatda deyilir.

"Cavab olaraq IDF döyüşçüləri Naqurah və Aita əş-Şaab bölgələrində Hizbullah hərbi bazalarına hücum etdi", - deyə məlumata əlavə edilib.

"Bundan əlavə, pilotsuz uçuş aparatından istifadə edən hərbi qulluqçular Livanın cənubundakı Kfarkeldə Hizbullahın hərbi obyektinə sızmış terrorçunu müəyyən ediblər və bundan sonra IDF döyüşçüləri bu obyektə hücum ediblər", mətbuat xidməti davam edib.