İsrail gərginliyin artmaqda davam etdiyi Livanda növbəti addımlarla bağlı qərar vermə nöqtəsinə yaxınlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Livan-İsrail sərhəd bölgəsinə səfərindən sonra sərhəd bölgəsinə edilən hücum nəticəsində baş verən yanğınlarla mübarizə üzrə əməliyyat iclası keçirdikdən sonra deyib.

"Biz qərarın verilməli olacağı nöqtəyə yaxınlaşırıq və İsrail ordusu bu qərara hazırdır. Artıq səkkiz aydır ki, burada vuruşuruq və Hizbullah çox, çox yüksək bədəl ödəyir", - məlumatda qeyd edilib.

Halevinin sözlərinə görə, ordu şimalda hücuma keçməyə hazırdır.