İsrail müdafiə qüvvələrinin əsgərləri Qəzza zolağının şimalındakı Əl-Şifa xəstəxanasında HƏMAS və İslami Cihad qruplaşmalarının 358 üzvünü saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari brifinqdə bildirib.

"Əş-Şifa əməliyyatı davam edir. Bu əməliyyat müharibə başlayandan bəri qarşılaşdığımız ən böyük terrorçu konsentrasiyası ilə xarakterizə olunur. Bu günə qədər biz 500-dən çox şübhəlini saxlamışıq, onlardan 358-i HƏMAS və İslami Cihad terrorçularıdır", - deyə o qeyd edib.

 

Gözəl Həşimova