Qaçaq mafiya başçısı Nikola Rullo İspaniyada tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Neapol Carabinieri" məlumat yayıb.

Rullo daha böyük Contini cinayət ailəsinin bir hissəsi olan Contini dəstəsinə rəhbərlik edirdi. Həmin şəxs həbsxanada ekstradisiyasını gözləyir. O, 2023-cü il sentyabrın 26-da Neapol prokurorluğunun qərarı ilə axtarışa verilib. 2020-ci ildə o, həbsdən azad edilib. İspaniyada  Rullo dekabrın 15-dən Alikantedəki El Plantio Golf Resort-da qalır.