İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İqtisadiyyat.az-ın məlumatına görə, rayon sakini Nizami Behbudov idarə etdiyi 10-GP-144 dövlət nömrə nişanlı "VAZ 21099" markalı minik avtomobili ilə hərəkətdə olarkən marketin qarşısında yolu keçən piyadanı, 2009-cu il təvəllüdlü Bağırlı Cəfər Elsevər oğlunu vurub.

Ağır bədən xəsarətləri alan 14 yaşlı uşaq təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qeyd edək ki, Cəfər Bağırlı orta məktəbin 8-ci sinif şagirdidir.  Faktla bağlı

İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.