İrlandiyanın ali təhsil, elm və innovasiyalar naziri Saymon Harris koalisiya hökumətində "Fine Gael" partiyasının lideri kimi təsdiqlənib və respublikanın yeni baş naziri olacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bunu müəssisə, ticarət və məşğulluq naziri Saymon Koveni partiyanın Atlondakı toplantısından sonra bildirib.

"Simon Harris partiyanı irəli aparmaq üçün ideal seçimdir. Bu gün bu otaqda olan hər kəs onu 100% dəstəkləməlidir", Koveni qeyd edib.

Harris "Fine Gael"in lideri vəzifəsi uğrunda mübarizə aparmaq istədiyini elan edən yeganə siyasətçidir. Digər namizədlər olmadığı üçün o, Avropa Parlamentinə qarşıdan gələn seçkilərə həsr olunmuş "Fine Gael" toplantısında partiya lideri kimi təsdiqlənib.