Polis İrəvanda hazırkı hökuməti və baş nazir Nikol Paşinyanı sərt tənqid edən iki müxalifət xadimi, "İmnemimi" verilişinin həmmüəllifləri və aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanı saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Samsonyanın vəkili Ruben Melikyanın jurnalistlərə verdiyi məlumata görə, müxalifətçi xuliqanlıq ittihamı ilə saxlanılıb.

Bu ittihamla, istintaq Samsonyan və Saqatelyanın "YouTube" platformasındakı verilişlərində istifadə etdikləri lüğəti nəzərdə tutub.

Artıq yerli sosial şəbəkələrdə təhlükəsizlik qüvvələrinin bu müxalifət nümayəndələrini saxlaması ilə bağlı videogörüntülər də yayılıb.