İrəvanda polis bölməsinə basqın edən və saxlanılan şəxs istintaq-əməliyyat tədbirləri üçün aparılıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.
"Hücum edən şəxs zərərsizləşdirilib. Onun barəsində istintaq-əməliyyat tədbirləri görülməsi üçün aidiyyəti orqanlara aparılıb", - o bildirib.
Həmin şəxs Ermənistan Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən saxlanılıb.