"İran və Ermənistan sərhəddə yeni körpünün tikintisi ilə bağlı müzakirələr aparıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşı İrəvanda yol tikintisi müqaviləsinin imzalanması mərasiminin açılışında bildirib.

Onun sözlərinə görə, Ermənistan-İran sərhəddindəki hazırkı körpü ölkələr arasında böyük ticarət dövriyyəsinə kifayət etmir: “Biz yeni körpünün tikintisi ilə bağlı işçi qrupunun yaradılması barədə razılığa gəlmişik və həmin körpünün tikintisi ilə bağlı müzakirələrə başlayacağıq. Bu yeni körpü Ermənistan-İran iqtisadi əlaqələrinin inkişafına töhfə verə bilər".

 

Gözəl Həşimova