Mayın 31-də Avropa İttifaqı Şurası İran və KXDR tərəfindən Rusiyaya silah tədarükündə iştirak edən fiziki və hüquqi şəxsləri sanksiyalar siyahısına əlavə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DW yazır. 

Nəşr qeyd edib ki, yeni siyahıya Şimali Koreyadan altı fiziki şəxs və üç İran qurumu daxildir ki, onların hamısı Rusiyaya birbaşa təchizat göndərməklə məşğuldur.

İranın müdafiə naziri Məhəmmədrza Aştiani, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Xani, Aviasiya Sənaye Təşkilatının rəhbəri Afşin Hacı da sanksiyaları siyahısındadır.