İranın Suriyadakı hərbi müşaviri iyunun 3-nə keçən gecə İsrail hərbi hava qüvvələrinin Hələbə (Dəməşqdən 360 km aralıda) endirdiyi zərbə nəticəsində həlak olub.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb. 

Məlumata görə, mərhumun adı Səid Abiyar olub. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) hərbi müşaviri kimi Ərəb Respublikasında olan hərbçilərindən olub.