"Vaşinqton heç vaxt regionda təhlükəsizliyi təmin etməyə cəhd etməyib".

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri İran ABŞ-Ermənistan birgə təliminə münasibət bildirən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Onun sözlərinə görə, ABŞ qüvvələri heç vaxt təhlükəsizliyi təmin etməyə çalışmayıb:

"ABŞ getdiyi hər yerdə qeyri-sabitlik və təhlükəsizlik problemləri yaradıb. Bölgədə trans-regional qüvvələrin mövcudluğunu sabitlik və təhlükəsizliyə zidd görürük". 

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-20-də "Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq" çərçivəsində ABŞ ilə "Qartal tərəfdaşı 2023" birgə təliminin keçiriləcəyini açıqlamışdı.  

Gülşən Şərif