İranın Sistan-Bəlucistan əyalətində 2107 nəfər qum və toz fırtınasının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

"Son 5 gündə Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində baş verən qum və toz fırtınaları səbəbindən xəstəxanalara edən 2 min 107 nəfər müraciət edib. Sistan-Bəlucistanın şimalında 136 nəfər müalicə altındadır", - məlumatda bildirilib.

Sistan-Bəlucistan Meteorologiya İdarəsinin Baş direktoru Muhsin Haydari 20 sentyabr tarixində havada tozun miqdarının artması səbəbindən Zabulda 800 metrə, Zehekdə isə 500 metrə qədər görmə qabiliyyətinin azaldığını bildirib.