Zohre Elahian İranda keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçən ilk qadın olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

"Mənim hökumətimin şüarı "sağlam hökumət, sağlam iqtisadiyyat və sağlam cəmiyyətdir", - Z. Elahian qeydiyyatdan keçdikdən sonra deyib.

Beləliklə, qeydə alınan namizədlərin sayı 12-yə çatıb.