İranda 15 yaşında evlənən qadın ərini öldürdüyü üçün edam edilib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, İranın İnsan Haqları təşkilatı dekabrın 20-də İranda 29 yaşlı Samirə Sabzianı asaraq edam edib.

Məlumata görə, qadın davamlı olaraq onu təhqir edən ərini qətlə yetirdiyi üçün 19 yaşında həbs edilib. Qadın on il həbsdə yatdıqdan sonra ölüm cəzasına məhkum edilib.

Bildirilib ki, Samira Sabzian bu il İran hakimiyyəti tərəfindən edam edilən 18-ci qadın olub.

İran İnsan Haqlarının hesabatına görə, ötən il İranda ən azı 582 nəfər edam edilib ki, bu da 2021-ci illə müqayisədə 75% çoxdur.

 

Gözəl Həşimova