İran və İraq terror təşkilatı üzvlərinin İran sərhədində tərki-silah edilərək başqa bölgələrə köçürülməsi barədə razılığa gəliblər.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani açıqlama verib.

O qeyd edib ki, silahlı separatçılar tərki-silah edildikdən sonra başqa ərazilərə göndəriləcəklər. Silahlıların hara göndəriləcəyi dəqiqləşməyib. 

İraq rəsmiləri hələlik bu razılaşma barədə açıqlama yaymayıb.

Gülşən Şərif