İran İnqilab keşikçiləri Ordusu ölkənin şimal-qərbindəki İraq sərhədinə qoşun yeridir.

Bu barəsə İqtisadiyyat.az "Tesnim Agentliyi"nə istinadən xəbər verir.

Agentlik İraq Kürd Regional Hökumətinin sərhədinin yerləşdiyi bölgədə hərbi yüklərin görüntüsünü paylaşıb. Görüntüdə bölgəyə tanklar və uzaqmənzilli artilleriya göndərildiyi görünür.

Qeyd edək ki, İraqın şimalındakı terrorçu qruplaşmalara İran sentyabrın 19-dək möhlət verib. Bu müddətin başa çatmasına az qalıb. Ehtimal edilir ki, təhlükəsizlik tədbirlərini güncləndirmək məqsədi ilə İran regiona əlavə qüvvə yeridir.

 

Gözəl Həşimova