İranın Xarici İşlər Nazirliyi İran və Birləşmiş Ərəb Əmirlikləri arasında bağlanan müqavilədə Pekinin ərazi mübahisəsinin predmeti olan Fars körfəzindəki 3 adada BƏƏ-nin mülkiyyətini təsdiqləməsinə dair mövqeyinə etiraz etmək üçün Çinin Tehrandakı səfirini çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarına sahiblik məsələsi BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Pekinə səfərindən sonra verilən Əmirlik-Çin birgə bəyanatında yer alıb. Xüsusilə qeyd olunub ki, ÇXR Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq normalarına uyğun olaraq ikitərəfli danışıqlar və sülh yolu ilə həllinə nail olmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin səylərinə dəstəyini ifadə edib.