İran hakimiyyəti Azərbaycan və Ermənistana bütün reysləri, həmçinin bu ölkələrdən respublikaya uçuşları ləğv edib. Bu barədə Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş məlumat verib:

“Regiondakı xüsusi vəziyyətlə əlaqədar, NOTAM-a uyğun olaraq İran və Ermənistan, eləcə də İran və Azərbaycan arasında bütün uçuşlar bu gündən etibarən növbəti xəbərdarlığa qədər ləğv edilir”.

Xatırladaq ki, sentyabrın 20-də tərəflər Rusiya sülhməramlıları komandanlığının vasitəçiliyi ilə həmin gün Moskva vaxtı ilə saat 12:00-dan etibarən döyüşlərin dayandırılması, eləcə də Qarabağın tamamilə tərksilah edilməsi barədə razılığa gəliblər.