Azərbaycan Ümid Partiyasına məxsus sənəd itib.

İqtisadiyyat.az xəbər verir ki, partiyaya məxsus 30 may 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnamə (ikinci redaksiyada) itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Partiyaya 2002-ci ildən İqbal Ağazadə rəhbərlik edir.