İordaniya iyunun 11-də Qəzza zolağına təcili humanitar yardım göstərmək üçün beynəlxalq konfransa ev sahibliyi edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İordaniya höküməti məlumat yayıb.

"İyunun 11-də İordaniya İordaniya Haşimilər Krallığı, Misir Ərəb Respublikası və BMT-nin birgə təşkilatçılığı ilə Qəzza zolağında vəziyyətə təcili humanitar reaksiyaya dair fövqəladə beynəlxalq konfransa ev sahibliyi edəcək", - məlumatda deyilir.

Ofisin məlumatına görə, tədbir dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək və Qəzza zolağında baş verən humanitar fəlakətə beynəlxalq ictimaiyyətin reaksiyasını aktivləşdirməyin yollarını müəyyən etmək məqsədi daşıyacaq.