İngiltərənin paytaxtı Londonda davam edən pis hava şəraiti səbəbindən uçuş-eniş zolağı bağlamalı olan Stansted hava limanında bütün uçuşlar dayandırılıb.


İqtisadiyyat.az xəbər verir ki, ölkəyə təsir edən qar, buzlanma və dumandan sonra Heathrow və Gatwick hava limanlarında 50-dən çox reys təxirə salınıb.


Stansted Hava Limanından verilən açıqlamada dünən gecə qar təmizləmə üçün tək eniş zolağının bağlandığı və bütün uçuşların dayandırıldığı bildirilib.


Digər tərəfdən, bu gün Hitrouda təyyarələrin hava limanına giriş-çıxışı məhdudlaşdırılacaq.