İndoneziyada koronavirus (COVİD 19) epidemiyası yayılmağa başlayan gündən yoluxma halı ən yüksək səviyyəyə çatıb.

Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. Məlumatında qeyd olunur ki, koronavirusa yoluxan insan sayı ötən gün 196 nəfər artaraq 1986 nəfərə çatıb. Ölənlərin sayı da 11 nəfər artaraq, 181 nəfər olub. Qeyd edək ki, İndoneziyda əhaliyə ramazan ayı ilə bağlı da xəbərdarlıq olunub.

Belə ki, insanlara ramazan ayında yaşadıqları ərazidən kənara çıxmamaq tövsiyyə olunub