İndoneziyada yoxa çıxan qadının cəsədi 5 metrlik pitonun qarnından çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 

Məlumata görə, Cənubi Sulavesi bölgəsindəki Kalempanq kəndində 45 yaşlı qadın iyunun 6-da bibər satmaq üçün yola çıxıb.

Qadın evə qayıtmayınca yaxınları və kənd sakinləri axtarışa başlayıblar. Kənd sakinləri kəndin ətrafındakı meşədə qadının əşyalarının yanında təxminən 5 metr uzunluğunda piton tapıblar.

Qismən şişmiş pitonun qadını udmuş ​​ola biləcəyindən şübhələnən kənd sakinləri ilanı öldürüblər.

Parçalanmış pitondan 45 yaşlı qadının cəsədi çıxarılıb.