Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 18:00-dək 1 787 vahid qan yığılıb.

Bu barədə İqtisadiyyat.az-a nazirlikdən məlumat verilib.

*** 16:34

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 16:00-a kimi 1699 vahid qan toplanılıb.

 Bu barədə İqtisadiyyat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunun 1210-u paytaxt üzrə, 489 vahidi isə regionların payına düşür.