İmişli rayonunda yol qəza baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunun İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlu velosipedlə hərəkətdə olarkən KİA markalı avtomobil tərəfindən vurulub. Velosipedçi hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.