Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələrin işçilərinin say həddi 435 ştat vahidi olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.