Rusiyanın qaz tələbi 2026-cı ilə qədər 6% artaraq rekord səviyyəyə çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarı ilə bağlı hesabatında deyilir.

Məlumata görə, ölkədə qaza tələb 517 milyard kubmetrə çatacaq. Bundan əvvəl 2021-ci ildə Rusiyada təbii qaza tələb 516 milyard kubmetrlə rekord həddə çatıb.

Bildirilib ki, qaz tələbinin artması gübrə istehsalının yüksəlməsi, ilk növbədə ammiak istehsalının artması hesabına olacaq.

 

Gözəl Həşimova