Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Ramin Rzayevə ağır itki üz verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun atası Alik Rzayev dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Qeyd edək ki, R.Rzayev 1977-ci ildə Kürdəmir şəhərində anadan olub. 2021-ci ilin iyul ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvü - vəkil kimi fəaliyyət göstərib.