Göyçay Rayon İcra Hakimiyyəti (RİH) ilə "Azərsu" ASC arasında məhkəmə çəkişməsi yaranıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı Birliyi ASC-nin Birləşmiş Sukanal MMC-ni məhkəməyə verib.

İşin mahiyyəti məlum olmasa da, artıq Bakı Kommersiya Məhkəməsi tərəfindən Birliyin ərizəsi qəbul olunub.

İş hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.