Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı bəyanatını qınayıb.

İcmadan İqtisadiyyat.az-a bildirilib ki, Fransa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir, Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidir.

Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, İcma ilə dialoqun aparılması və qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün Ermənistana çağırış etməyə dəvət edir.