Husilər Çin və Rusiya ilə gəmilərin Qırmızı dənizdən təhlükəsiz keçməsi ilə bağlı razılığa gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Razılıq Omanda husilərlə Rusiya və Çin nümayəndələri arasında görüşdə əldə olunub.

Bunun müqabilində isə Çin və Rusiya husilərə BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq platformalarda dəstək verəcək.