Honq Konq hakimiyyəti bu gün bəyanat yayaraq, baş icraçı Con Linin bu ilin noyabrında San-Fransiskoda keçirilməsi planlaşdırılan Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə buraxılmasını tələb edib.

İqtisadiyyat.az “The Washington Post”a istinadən məlumat verir ki, Li-nin bu xüsusi tədbirə dəvət olunmaması ABŞ-ın sanksiyalarına məruz qalması ilə bağlıdır.

Bəyanatda deyilir:

“Birləşmiş Ştatlar ev sahibi kimi öz öhdəliklərini diqqətlə yerinə yetirməyə və dəvət göndərməyə borcludur. APEC-in iclasların keçirilməsi üçün öz qaydaları və ənənələri var... APEC heç bir dövlətə aid deyil... Ev sahibi ölkə bu qaydalara və ənənələrə uyğun olaraq üzvləri dəvət etməlidir”.