Hollandiyada aparılan müstəqil araşdırma nəticəsində məlum olub ki, Xarici İşlər Nazirliyində irqçilik geniş yayılıb.


İqtisadiyyat.az xəbər verir ki, Dünyada və Hollandiyada "Qaraların həyatı önəmlidir" etirazlarından sonra nazirlik rəsmiləri nazirlikdəki irqçiliyi araşdırmaq üçün müstəqil araşdırma tələb ediblər.

Araşdırma nəticəsində dərc edilən hesabatda nazirlikdəki irqçiliyin "aqressiv, birbaşa, açıq, şüurlu olmaqdan incə, dolayı, gizli, qəsdən və ya şüursuz olmasına qədər; iki mədəniyyətli işçilər və yerli ağ olmayan işçilər ifşa edilib".

Nazirliyin baş katibi Paul  mövzu ilə bağlı verdiyi açıqlamada, "İrqçiliyin qurumumuzda yeri ola bilməz və olmamalıdır. Bu cür hadisələrə imkan verməyən bir iş mühiti təmin edə bilmədiyimiz üçün təəssüf edirik. Bunun üçün, rəhbərlik adından üzr istəyirəm”, - deyə bildirib.

Xarici işlər naziri Wopke Hoekstra millət vəkillərinə yazdığı məktubda nazirlikdəki irqçilik hadisələrinin "əlavə ağrılı olduğunu, çünki ayrı-seçkiliyin bütün formaları qadağandır və beynəlxalq ədaləti müdafiə etdiklərini" qeyd edib.

Nazirliyinin irqçiliklə mübarizə və işçilərin hadisələri bildirməsini asanlaşdırmaq üçün hesabatda göstərilən tövsiyələri həyata keçirəcəyini ifadə edən Hoekstra, "Müəssisəmiz daxilində irqçiliyin aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik", - deyə bildirib.