Hindistanın cənubundakı Tamil Nadu ştatını təsir edən “Mandous” qasırğası nəticəsində 5 nəfər ölüb.


İqtisadiyyat.az xəbər verir ki, Hindistan mətbuatının məlumatına görə, Mandous qasırğası Tamil Nadu sahillərini vurub.

Tamil Naduda güclü yağış və torpaq sürüşməsinə səbəb olan qasırğa nəticəsində 5 nəfər ölüb.

Qasırğa və yağışlar nəticəsində yüzlərlə ev zərər görərkən, evlərini tərk etmək məcburiyyətində qalan 10 minə yaxın insan sığınacaqlara yerləşdirilib.

Sürəti saatda 100 kilometrə çatan, lakin sonradan saatda 55 kilometrə enən qasırğa "tropik çökəklik" səviyyəsinə (maksimum sürəti saatda 60 kilometr olan kateqoriya) düşüb.

Tamil Naduda təhsil fəaliyyətinin bir neçə gün dayandırılacağı gözlənilir.