Hindistanın Qərbi Benqal əyalətində bir ailənin mobil telefon almaq üçün 8 aylıq körpəsini satdığı bildirilib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, ailə qonşuların xahişindən sonra 8 aylıq körpəni satdıqlarını etiraf edib.

Polis ana və körpəni aparan qadını saxlayıb. Körpənin atası sonradan saxlanılarkən, ailənin körpəni mobil telefon almaq və sosial şəbəkələrdə video çəkmək üçün satdığı bildirilib.

Digər tərəfdən, ailənin 7 yaşlı qızını satmağa çalışdığı da iddia edilib.