Son günlər Hindistanın maliyyə paytaxtı Mumbay və Şri-Lankada havanın  çox pis olduğu bildirilir.

Səhiyyə və ətraf mühit rəsmiləri Şri-Lankada qeyri-sağlam havaya görə bir çox yerlərdə məktəblərin bağlandığını açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, BBC-də yer alan xəbərə görə, Hindistanın paytaxtı Dehlidə qış aylarında ümumiyyətlə təhlükəli hava çirkliliyi yaşandığı halda, böyük bir sahilə malik və yaxşı hava keyfiyyətinə malik olduğu düşünülən Mumbay hava çirkliliyi baxımından Dehlini geridə qoyub.

Mütəxəssislər havanın pisləşməsinin səbəblərini Hindistanın son vaxtlar sürətli tikinti, pis hava şəraiti və nəqliyyat vasitələrinin tullantılarında görürlər.