Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30 döyüş təyyarəsi vasitəsilə Rudra-II hava-yer raketini uğurla sınaqdan keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Indianexpress" məlumat yayıb.

Qeyd edilib ki, Rudra-II Hindistan tərəfindən hazırlanmış, bir neçə növ düşmən silahını zərərsizləşdirmək üçün nəzərdə tutulmuş, havadan buraxılan bərk yanacaq raket sistemidir.

Raket sistemi Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatının müxtəlif laboratoriyaları tərəfindən hazırlanıb.

Məlumata görə, uçuş sınaqları uğurla keçib, motor sistemi, eləcə də idarəetmə və istiqamətləndirmə alqoritmi sınaqdan keçirilib.