Hindistan 2022-ci ilin sonunda əhalinin sayına görə Çini qabaqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Ümumdünya Əhali İcmalına (WPR) görə, 2022-ci ilin sonunda Hindistanın əhalisi 1,417 milyard nəfər olub ki, bu da rəsmi rəqəmlərə görə 1,412 milyard nəfər olan Çin əhalisinin sayından beş milyon çoxdur.
Qeyd edək ki, WPR-nin yanvarın 18-nə olan məlumatına görə, Hindistan əhalisi artaraq 1,423 milyard nəfər təşkil edib.