"Brüsseldə razılaşdığımız kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin çatdırılması üçün tam istismara verilir. Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək manipulyasiya və şantajdan başqa bir şey deyil".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Paşinyanın tviterdə yazdığı "İndiki vəziyyətə göz yuma bilmərik. Qarabağa göndərilən 360 ton yük tamamilə humanitar məqsədlidir"-statusuna cavab olaraq yazıb.