HƏMAS qruplaşması 40-a yaxın girovun azad edilməsi müqabilində İsrailin bir həftəlik atəşkəs təklifini rədd edib.

Bu barədə İqtisadiyyat.az "The Wall Street Journal"a istinadən xəbər verir.

Məlumata görə, HƏMAS girovların qaytarılması ilə bağlı potensial razılaşmaları müzakirə etməzdən əvvəl İsrail ordusunun Qəzza zolağına hücumunu dayandırmasını istəyir.

Bildirilib ki, danışıqlar başlasa belə, İsrail qalan girovları almaq üçün bütün fələstinli məhbusları həbsdən azad etməli olacaq. Buna cavab olaraq İsrail tərəfi anklavda hərbi əməliyyatı dayandırmayacağını bəyan edib.

 

Gözəl Həşimova