“Həkim və tibb mütəxəssislərinin əmək fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinq komissiyasının yaradılması nəzərdə tutulub”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun çıxış edən  TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.

O qeyd edib ki, komissiya tərəfindən həkim mütəxəssislərə 6 ay ərzində monitorinq keçiriləcək: 

“Monitorinqdən müvəffəqiyyətlə keçən həkimlərə həvəsləndirici əlavələrin ödənilməsi 2024-cü ilədək uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərə əlavələrin ödənilməsi dayandırılacaq”.