Kimyaterapiya dərmanları ilə bağlı çatışmazlıq yaşanır.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, ABŞ-dakı Xərçəng Mərkəzləri  xərçəngin müalicəsində ən çox  istifadə olunan kimyaterapiya dərmanlarının miqdarının kifayət etmədiyini açıqlayıb.

Dərman çatışmazlığının başlıca səbəbi Qida və Dərman Administrasiyasının (FDA) Hindistandakı dərman istehsal edən müəssisəsini müvəqqəti bağlamasıdır.

Amerika Klinik Onkologiya Cəmiyyətinin vitse-prezidenti Julie Gralov bildirib ki, il ərzində ABŞ-da 500.000 xərçəng xəstəsi dərman çatışmazlığından təsirlənə bilər.